ABŞ-də peyvəndi olmayan təhlükəli virus aşkarlandı

Bu gün, 11:24           
ABŞ-də peyvəndi olmayan təhlükəli virus aşkarlandı
ABŞ-nin Nyu-York ştatında peyvəndi olmayan nadir virus infeksiyasına ilk yoluxma halı qeydə alınıb.
Bu barədə "Fox News" məlumat yayıb.

Söhbət it gənəsinin dişləməsi ilə yayılan "Burbon" virusundan gedir. Virus adını 2014-cü ildə ilk dəfə aşkar edildiyi Kanzas ştatının "Burbon" dairəsindən götürüb. Həmin vaxtdan bəri bu virusa altı nəfərin yoluxduğu, onlardan ən azı ikisinin həyatını itirdiyi bildirilir. Telekanalın məlumatına görə, bəzi yoluxma halları isə ümumiyyətlə qeydə alınmamış ola bilər.

"Vaksini və xüsusi müalicəsi olmayan, gənə dişləməsi ilə yayılan nadir virus ilk dəfə Nyu-York ştatında təsdiqlənib", - deyə məlumatda qeyd olunub.

Məlumata görə, virusun əsas əlamətlərinə yüksək hərarət, halsızlıq, dəri səpgisi, baş ağrısı, ürəkbulanma və bədən ağrıları daxildir. Həkimlər bildirirlər ki, xüsusi laborator testlərin məhdud olması səbəbindən xəstəliyin diaqnostikası çətinləşir.

"Stony Brook Medicine" tibb mərkəzinin professoru Luis Markos məsələ ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, ABŞ-nin şimal-şərq bölgəsində, xüsusilə Nyu-York ştatında it gənələri geniş yayılıb. Professor qeyd edib ki, "Burbon" virusunun yaratdığı simptomları digər gənəmənşəli infeksiyalardan fərqləndirmək asan deyil.

Qeyd olunub ki, bu gənə növü aqressiv hesab olunur və hazırda ABŞ-nin 20 ştatında yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru