““Qarabağ”ın qələbəsi təkcə idman qələbəsi deyil, bunun böyük mənası var” - Prezident

24-08-2017, 19:27           
 ““Qarabağ”ın qələbəsi təkcə idman qələbəsi deyil, bunun böyük mənası var” - Prezident
““Qarabağ”ın qələbəsi təkcə idman qələbəsi deyil, bunun böyük mənası var”
“Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılıb. “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Tarixi qələbə münasibətilə hamınızı ürəkdən təbrik edirəm”.

APA-nın xəbərinə görə, bu sözləri “Qarabağ” futbol komandasının üzvlərini qəbul edən prezident İlham Əliyev deyib.

O bildirib ki, komanda Azərbaycan xalqına qələbə sevinci bəxş edib: “Gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir. Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır, işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə, bu qələbənin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq idman qələbəsi yox, dövlətimizin, Azərbaycan gəncliyinin qələbəsidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru