209 sərnişin daşıyan bərə Kanada sahillərində buzların arasında sıxışıb qalıb

5-04-2017, 09:05           

Göyərtəsində 209 sərnişinin olduğu bərə Kanada sahillərində buzların arasında sıxışıb qalıb.

APA-nın CBC telekanalına istinadən verdiyi xəbərə görə, Şimali Sidney limanından yola düşən “Highlanders” bərəsi ötən gün buzların arasında bloklanıb qalıb. Bərənin göyərtəsində Sərnişinlərdən başqa 85 yük maşını və 65 minik avtomobili olub.

Bərənin köməyinə buzqıran gəmi göndərilib. Bərə Bakı vaxtı ilə 04.00 radələrində xilas edilərək yoluna davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru