Azərbayan ordusunun giziri şəhid olub, düşmən də itki verib

2-09-2015, 15:18           
Azərbayan ordusunun giziri şəhid olub, düşmən də itki verib
Azərbaycan ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, gizir Ağayev Ruslan Qalib oğlu (1991) cəbhə xəttinin Qazax rayonu istiqamətində gedən atışmalar zamanı şəhid olub.

Bu barədə virtualaz.org saytına daxil olan məlumatda deyilir.

Bildirilir ki, gizir düşmən snayperi tərəfindən vurulub. O, Lerik rayonundan hərbi xidmətə çağırılmışdı.

Xatırladaq ki, avqustun 31-dən sentyabrın 1-nə keçən Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində düşmən ordusu ilə şiddətli atışmaların olduğu haqda məlumatlar yayılıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə düşmən ordusunun iki hərbçisi bu döyüşlərdə ağır yaralanıb. Onlardan birinin vəziyyəti kirtikdir. Ölənlər barədə məlumat verilmir.

Virtualaz.org-a daxil olan digər məlumata görə, Azərbaycan ordusunun daha bir hərbçisi, gizir Məmmədov Şəki hərbi hospitalında xəstəlikdən vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]