Baş hakim Messidən avtoqraf istədiyi üçün yarım illik cəza aldı

25-02-2025, 16:18           
Baş hakim Messidən avtoqraf istədiyi üçün yarım illik cəza aldı
CONCACAF Çempionlar Liqasında “İnter Mayami” və “Kanzas Siti” komandaları arasındakı oyunu idarə etmiş baş hakim Marko Ortis cəzalandırılıb.

Teleqraf ESPN-ə istinadən xəbər verir ki, səbəb final fitindən sonra referinin meydan sahiblərinin futbolçusu Lionel Messiyə yaxınlaşaraq, məhdud imkanlı qohumu üçün avtoqraf istəməsidir.

Messi etiraz etməsə də, Ortisin hərəkətinin turnirin oyunları zamanı rəsmi şəxslərin davranış qaydalarına uyğun olmadığı bildirilib. Nəticədə o, nəinki CONCACAF, hətta Meksika çempionatının oyunlarından yarım illik uzaqlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru