Formula-1 “Azərbaycan Qran-Prisi”nin biletləri satışa çıxarılır

2-12-2016, 12:49           

2017-ci ildə Bakıda keçiriləcək Formula 1 üzrə “Azərbaycan Qran-Prisi”nin biletləri bu gündən satışa çıxarılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, ilk iki ay ərzində biletlər 30%-dək endirimli qiymətlərlə təklif olunacaq.

Daha sonra satış tam qiymətlər üzrə davam edəcək.

Qeyd edək ki, “Azərbaycan Qran-Prisi” gələn il 23-25 iyunda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru