Atiyə dördüncü dəfə ana olmağa hazırlaşır: "Uşaq da edərəm, karyera da" (FOTO)
Bu gün, 15:24
Türkiyəli müğənni Atiyə Bursa şəhərində keçirilən Karacabəy Ihlamur Festivalında səhnəyə çıxıb. Dördüncü övladına hamilə olan 37 yaşlı sənətçi çəhrayı geyimi və böyüyən qarnı ilə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, təxminən iki saat səhnədə qalan Atiyə hamiləliyinə baxmayaraq enerjili çıxışı ilə tamaşaçıların böyük marağına səbəb olub. Konsert zamanı etdiyi açıqlama ilə də gündəmə gələn müğənni “Uşaq da edərəm, karyera da” sözləri ilə həm analığı, həm də sənət həyatını birlikdə davam etdirdiyini vurğulayıb.
Qeyd edək ki, Atiyə 2018-ci ildə prodüser Erol Sebebci ilə ailə qurub. Cütlüyün 2019-cu ildə Ferah Feyza, 2023-cü ildə Neva, 2024-cü ildə isə Rûmî adlı üç qızı dünyaya gəlib. Müğənninin dördüncü körpəsinin də qız olacağı bildirilib.