Qriqori Leps 18 milyon dollar borcu olduğunu açıqlayıb
Bu gün, 15:18
Rusiyanın Xalq artisti Qriqori Leps bildirib ki, hazırda borclarının məbləği 18 milyon dollar təşkil edir.
İfaçı bu barədə Emin Ağalarova verdiyi və videoyazısı "YouTube"da yayımlanan müsahibəsində bildirib.
Söhbət zamanı Leps zarafatla həmsöhbətindən pul istəyərək, onun köməkdən imtina etməyəcəyini ehtimal edib.
"Məbləğ var, amma o, mücərrəddir. Elə məbləğ var ki, mənə musiqi haqqında və ümumiyyətlə heç nə haqqında düşünməmək imkanı verərdi", - deyə müğənni vurğulayıb.
Bununla belə, artist özü üçün həqiqətən rahat hesab edəcəyi məbləğin adını çəkməyib.
O izah edib ki, yaş ötdükcə vəsaitə olan tələbat azalır. Lepsin fikrincə, qocalıqda insanı artıq maddi nemətlər maraqlandırmır.