“Gəncənin Gülüstanında”da polisin diqqətindən qaçan “gülüstanlıq” - FOTOLAR

6-05-2015, 10:12           
“Gəncənin Gülüstanında”da polisin diqqətindən qaçan “gülüstanlıq” - FOTOLAR
Moderator.az Gəncənin "Gülüstan" qəsəbəsindəki bir adsız restorandan görüntüləri oxucularımızın və bu şəhərə təşrif buyuran qonaqların diqqətinə çatdırır.

Ərazi Gəncəyə aid olsa da rəsmən Göygöl rayonunun ərazisi hesab olunur, ona görə də iddialara görə Gəncə polisi bu restorandakı vəziyyətə nəzarət edə bilmir. Nəzarət dedikdə adı bilinməyən bu məkanda hansı xidmətlərin göstərildiyini yazmağa ehtiyac duymuruq, fotolara baxdıqda polisin nəyə nəzarət etməli olduğunu hər kəs bilər...

Gəncədəki mənbəmiz həmin restoranın Fazil Əhmədov adlı bir şəxsə məxsus olduğunu, Paşa adlı bir administratorun da həmin obyekti işlətdiytini deyir. Üstəlik, qiymətlər də münasibdir, bir otaq, 4 stul, iki çarpayı 2 saatı 80 manat...
"Gülüstan"da yaşayan sakinlər Moderator.az-dan soruşur ki, görəsən onlar şikayətlərini Gəncə, yoxsa Göy-göl polisinə bildirsinlər. Biz də deyirik ki, Daxili İşlər Naziriliyi bilsə yetər, kimlər barəsində tədbir görüləcəyini müəyyənləşdirmək onların vəzifəsidir...


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]