Gürcüstan DTX Tbilisidə külli miqdarda silah-sursat aşkarlayıb

6-10-2025, 08:24           
Gürcüstan DTX Tbilisidə külli miqdarda silah-sursat aşkarlayıb
Gürcüstanda külli miqdarda odlu silah, hərbi sursatlar və detonatorlu partlayıcı maddələr aşkarlanıb.

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Qeyd olunub ki, silah-sursat və partlayıcı maddələri Ukraynada olan hərbi hissələrdən birinin gürcü nümayəndəsinin tapşırığı ilə B.Ç. adlı Gürcüstan vətəndaşı alıb.

"Qeyd olunan silah-sursatların Tbilisidə oktyabrın 4-də zorakılıq yolu ilə diversiya aktlarının törədilməsi zamanı və Prezident sarayına hücum cəhdlərində istifadəsi planlaşdırılıb. Silah-sursatları Tbilisiyə çatdırmalı olan bir qrup şəxs zərərsizləşdirilib. Gizli saxlancda aşkarlanmış odlu silahlar, hərbi sursatlar və partlayıcı maddələr Tbilisi yaxınlığındakı meşədə gizlədilib. Həmçinin B.Ç adlı şəxsin göstərişinə əsasən detonator pultunu hazırlayan şəxs də müəyyən edilib. Həmin şəxs artıq Dövlət Təhlükəsizliyi Xİdmətinə gətirilib və onunla bağlı istintaq tədbirləri aparılır", - DTX-nin məlumatında deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]