Kiyevə HHM vasitələrinin verilməsi müzakirə ediləcək

3-12-2025, 08:44           
Kiyevə HHM vasitələrinin verilməsi müzakirə ediləcək
Ukraynaya yeni HHM vasitələrinin verilməsi dekabrın 3-də Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünün əsas mövzularından biri olacaq.

"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte görüş ərəfəsində keçirilən mətbuat konfransında bildirib və Rusiya Hərbi Hava Qüvvələrinin zərbələrini "ağılsız hücum" adlandırıb.

"Nazirlər HHM sistemlərinin verilməsi üzrə səyləri müzakirə edəcəklər. Ukraynaya HHM vasitələrinin və bu sistemlərdə istifadə olunan raket‑qəbuledicilərin verilməsi NATO üçün mühüm prioritetdir. Bu, həmçinin PURL təşəbbüsünün (Avropa ölkələrinin Ukrayna üçün ABŞ silahlarını alması – red.) vacib hissəsidir. Məsələ NATO ölkələri ilə Ukrayna arasında ikitərəfli müzakirələrdə də gündəmə gələcək," – deyə Rütte vurğulayıb.

O əlavə edib ki, XİN rəhbərləri qarşılarına yeni tədarüklərlə bağlı razılaşma əldə etmək məqsədi qoymurlar, daha çox nələr edə biləcəklərini düşünəcəklər.

Ukrayna XİN-in mətbuat xidməti isə sonradan bildirib ki, nazir Andrey Sibiqa Brüsseldə NATO qərargahında keçiriləcək nazirlər iclasında iştirak edəcək. Nazir, həmçinin Rütte və Ukraynanın tərəfdaş ölkələrindən olan həmkarları ilə ayrıca danışıqlar aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]