Azərbaycanda qaz kəmərlərində olan itkilərin həcmi açıqlanıb

3-12-2025, 17:34           
Azərbaycanda qaz kəmərlərində olan itkilərin həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərlərində 34,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 16,9% çoxdur.

TEREF "APA-Economics"-ə istinadın xəbər verir ki, 2024-cü ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 29,6 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 825 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 0,9% artım müşahidə olunub.

Qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 17 135,6 mln. kubmetr qaz ötürülüb (1,98%-lik artımolub).

Xatırladaq ki, 2024-cü ilin Azərbaycanda magistral qaz kəmərlərində 47,3 mln. kubmetr itki olub, bu da illik müqayisədə 20,9% azdır.

Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]