Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başladı

4-12-2025, 09:34           
Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başladı
Dünən Azərbaycanın Təbrizdəki yeni Baş konsulu Taleh Zöhrabov rəsmi olaraq diplomatik fəaliyyətinə başlayıb, əvvəlki Baş konsul Əliyənnağı Hüseynov isə geri çağırılıb.

Bu barədə "Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Baş konsul Zöhrabov dünən İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlər, regional əməkdaşlıq, ticarət və mədəniyyət sahələrində ortaq maraq doğuran məsələləri müzakirə ediblər.

Qeyd edək ki, 27 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Əliyənnağı Mehti oğlu Hüseynov İranın Təbriz şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamına əsasən, sözügedən vəzifəyə Taleh Balaşirin oğlu Zöhrabov təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]