Tarixdə ilk SMS-in göndərilməsindən 33 il ötür

4-12-2025, 15:34           
Tarixdə ilk SMS-in göndərilməsindən 33 il ötür
Dünya tarixindəki ilk SMS mesajının göndərilməsindən düz 33 il ötür.

Moderator.az xəbər verir ki, ilk SMS 3 dekabr 1992-ci ildə britaniyalı mühəndis Nil Papuort tərəfindən göndərilib.

Qeyd edək ki, "Vodafone" şirkətinin əməkdaşına ünvanlanmış mesajda "Milad bayramınız mübarək!" yazılmışdı. N.Papuort ilk SMS-i kompüter vasitəsilə yollamış, mesajı alan Riçard Carvis adlı əməkdaş isə telefonda mesaj yollamaq funksiyası olmadığı üçün cavab yazmamışdı.

Xatırladaq ki, SMS abreviaturasının açılışı ingiliscə "Short Message Service", yəni Qısa Mesajlar Xidmətidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]