Hansı yaşdan sonra insanın sağlamlığı daha bərpa olunmur? –Elmi araşdırma

4-12-2025, 11:18           
Hansı yaşdan sonra insanın sağlamlığı daha bərpa olunmur? –Elmi araşdırma
Kanadadakı Dalhauzi Universitetinin alimləri insan bədəninin ciddi xəstəliklərdən və xəsarətlərdən sağalma qabiliyyətini itirdiyi yaş dövrünü müəyyən ediblər.

“New York Post” nəşri bildirir ki, tədqiqatçılar orta yaşı 67 olan təxminən 13.000 insanın sağlamlıq göstricilərini ölçüblər. Mütəxəssislər iştirakçıların çatışmazlıqlarını ölçməyə kömək edən xüsusi bir “kövrəklik indeksi” hazırlayb.

Bunu bir göstərici kimi istifadə edərək insan qocalmasının yeni riyazi modelini quran həkimlər sağlamlığın iki əsas sahəsindəki dəyişiklikləri – xəstəlik, zədələnmə və onlardan sağalmaq üçün lazım olan vaxtı izləyiblər.

Əgər indeks artarsa, bu, iştirakçının daha çox sağlamlıq problemi yaşadığı və düzgün sağalmadığı anlamına gəlirdi.

Komanda dönüş nöqtəsinin 73 ilə 76 yaş arasında olduğunu müəyyən edib: “Biz belə bir nəticəyə gəlirik ki, bədənin müqaviməti və immuniteti ətraf mühitin stress faktorlarının təsirini yalnız 75 yaşa qədər azaldır. Bundan sonra sağlamlıq problemləri üst-üstə yığılmağa başlayır və nəticədə ölümə səbəb olur”, – tədqiqatçılar təcrübə ilə bağlı hesabatlarında yazıblar.

Alimlər həmçinin insan bədənində toxumaların aktiv qocalmasının 50 yaşdan sonra başladığını aşkar ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]