Bill Qeytsin qızı 306 milyon qazandı

6-12-2025, 10:14           
Bill Qeytsin qızı 306 milyon qazandı
Amerikalı milyarder Bill Geytsin qızı Fibi Qeytsin təsis etdiyi “Phia” startapı investorlardan 30 milyon dollar sərmayə cəlb etməyə nail olub.

TEREF qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Bildirilib ki, startap süni intellekt (Sİ) texnologiyasının köməyi ilə onlayn ticarəti həyata keçirmək üçün nəzərdə tutulub.

Nəşr yeni qiymətləndirmə mərhələsindən sonra Fibinin şirkətinin bazar dəyərinin artıq 180 milyon dollar (306 milyon AZN) təşkil etdiyini yazıb. Belə ki, layihənin investorları və tərəfdarları sırasında işgüzar xanım Heyli Biber, “Meta”nın sabiq direktoru Şeril Sandberq və “Spanx”ın təsisçisi Sara Bleykli də yer alıblar.

Qeyd edək ki, Bill Qeyts qızının startapına birbaşa sərmayə qoymayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]