210 min dollarlıq "Bentley" avtomobilləri öz-özünə alışa bilər - XƏBƏRDARLIQ

6-12-2025, 10:46           
210 min dollarlıq "Bentley" avtomobilləri öz-özünə alışa bilər - XƏBƏRDARLIQ
"Bentley" ABŞ-də 130 ədəd "Bentayga" hibrid krossoverinin geri çağırıldığını elan edib.

Auto.ru xəbər verir ki, avtomobillərdə yüksəkgərginlikli batareyanın həddən artıq isinməsi riski aşkar edilib ki, bu da nəzəri olaraq qısaqapanmaya və nəqliyyat vasitəsinin alışmasına səbəb ola bilər.

Qeyd edək ki, krossoverin benzin-elektrik versiyası "Samsung"dan 18 kilovatlıq batareya ilə təchiz olunub. Şirkət iddia edir ki, həddən artıq isinmə dizayn qüsurlarından deyil, fərdi gücötürücü komponentlərinin çirklənməsindən və ya zədələnməsindən qaynaqlanır.

Xatırladaq ki, ABŞ-də "Bentley Bentayga" hibridinin qiyməti ən azı 210 000 dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]