Rusiyada yüzlərlə "Porsche" sahibi avtomobillərini işə sala bilməyib

6-12-2025, 15:28           
Rusiyada yüzlərlə "Porsche" sahibi avtomobillərini işə sala bilməyib
Rusiyanın müxtəlif bölgələrində yüzlərlə "Porsche" sahibinin eyni vaxtda avtomobillərini işə salmaqda çətinliklərlə üzləşdiyi bildirilib.
Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, rusiyalı sosial media istifadəçiləri ölkə üzrə yüzlərlə "Porsche" avtomobilində geniş yayılmış bir nasazlıq səbəbindən mühərrikin işə düşmədiyini qeyd ediblər.

“Rolf” servis mərkəzinin müdiri Yuliya Truşkova açıqlamasında bildirib ki, "Porsche" avtomobillərinin işə salınmasında yaranan problemlər zavodun siqnalizasiya sisteminin peyk modulu vasitəsilə səhvən bloklanmasından qaynaqlanır. “28 noyabrdan bu yana "Porsche" sahiblərinin servis mərkəzinə müraciətlərində ciddi artım müşahidə edirik. Mütəxəssislərimiz müəyyən ediblər ki, problem zavod siqnalizasiya sisteminin peyk bağlantısı vasitəsilə bloklanmasından yaranır”, - deyə Truşkova qeyd edib.

Onun sözlərinə görə, hazırda bütün daxili yanma mühərrikli modellərdə belə bloklanma ehtimalı mövcuddur. Blokun aradan qaldırılması üçün siqnalizasiya sistemi sıfırlanmalı və sökülməlidir. “Bənzər halları "Mercedes-Benz" sahibləri də yaşayır, lakin bunlar tək-tük hadisələrdir. Avtomobillər tamamilə işləməcək vəziyyətə düşmür. Bu bloklanmanın səbəbi məlumdurmu? Mütəxəssislər hazırda araşdırma aparırlar, hətta bunun qəsdən edilə biləcəyi ehtimalı da nəzərdən keçirilir”, - deyə Truşkova əlavə edib.

"Avto.ru" jurnalının məlumatına görə, problem xüsusilə 2020-ci ilədək istehsal edilmiş "Porsche" modellərində müşahidə olunur. Əsasən "Cayenne", "Macan" və "Panamera" modellərində işə salma problemi qeydə alınıb.

Telegram kanalı "Shot" da Rusiyada yüzlərlə "Porsche" avtomobilinin işləməz hala düşdüyünü və bunun sahiblər üçün ciddi narahatlıq yaratdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]