Dünya planşet bazarının reytinqi - SİYAHI

8-12-2025, 16:24           
Dünya planşet bazarının reytinqi - SİYAHI
"Counterpoint" analitikləri 2025-ci ilin üçüncü rübü üzrə qlobal planşet bazarına dair statistik məlumatları açıqlayıblar.

Ferra.ru xəbər verir ki, hesabatda "Apple" liderliyini qoruyub.

Şirkətin bazar payı 34% təşkil edir ki, bu da ötən illə eynidir. İkinci yerdə "Samsung" qərarlaşıb, şirkətin payı 18% təşkil edir, lakin satışlar ötən illə müqayisədə artmayıb.

Üçüncü yeri "Lenovo" tutur. Şirkət bazarın 9%-nə sahibdir və tədarüklərini 23% artırıb. Dördüncü sırada "Huawei" gəlir. Şirkət satışlarını 10% artıraraq, bazar payını 9%-ə çatdırıb.

Beşinci yerdə "Amazon" qərarlaşıb, şirkət satışlarını 13% artırıb. Ardınca "Xiaomi" gəlir, bazarın 7%-ni tutur və tədarüklərini 8% artırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]