Avstraliyada siam əkizləri üzərində mürəkkəb əməliyyat: Körpələrdən biri sağ qaldı

9-12-2025, 15:18           
Avstraliyada siam əkizləri üzərində mürəkkəb əməliyyat:
Papua Yeni Qvineyadan olan siam əkizlərinin üzərində Avstraliyada mürəkkəb bir ayırma əməliyyatı keçirilib. Lakin oğlanlardan yalnız biri sağ qalıb.

Bu barədə "ABC News" məlumat yayıb.

Tom və Savonq adlı əkizlər 9 oktyabrda Morobe əyalətində doğulublar. Onların bədənləri qarın nahiyəsinin aşağı hissəsində birləşmiş, körpələrin ortaq qaraciyəri və mədə-bağırsaq traktı olub.

Tom həmçinin anadangəlmə ürək qüsuru ilə doğulub və yalnız bir böyrəyə malik olub.

Papua Yeni Qvineyanın Baş naziri Ceyms Marape hökumətin bütün tibbi xərcləri qarşılayacağını bildirib və əkizləri əməliyyat üçün Avstraliyaya göndərib.

Əməliyyatdan sonra Tomu xilas etmək mümkün olmayıb. Savonq isə hazırda həkimlərin nəzarəti altında reanimasiyadadır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]