"Tesla Optimus" robotunun müstəqilliyi şübhə altına alındı VİDEO

9-12-2025, 10:08           
"Tesla Optimus" robotunun müstəqilliyi şübhə altına alındı  VİDEO
"Reddit" istifadəçiləri "Tesla Optimus" robotunun müstəqilliyini şübhə altına alıblar.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə robotun VR dəbilqəsi vasitəsilə operator tərəfindən idarə olunduğu barədə ehtimallar yayılıb.

İstifadəçilərin iddiasına görə, təqdimat zamanı insan operator dəbilqəni çıxarıb və bundan sonra "android" onun hərəkətini təkrarlayaraq yıxılıb. Güman edilir ki, operator özünü pis hiss edib və bu da idarəetmədə problem yaradıb.

Qeyd olunur ki, Maskın iki ay əvvəl "Optimus"un tamamilə süni intellekt tərəfindən idarə olunduğunu bildirməsindən sonra bu vəziyyət xüsusilə diqqətçəkici görünür.

Robotun dəyərinin təxminən 30 min dollar olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]