KİV: Çinli zənginlər amerikalı surroqat analardan istifadə edərək 200 min dollara uşaqlarını alırlar

15-12-2025, 17:38           
KİV: Çinli zənginlər amerikalı surroqat analardan istifadə edərək 200 min dollara uşaqlarını alırlar
Çin milyarderləri amerikalı surroqat anaların köməyi ilə onlarla, hətta yüzlərlə uşağın atası olublar.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Qeyd olunub ki, Çində surroqat analıq qadağandır, buna görə də belə uşaq sahibi olmaq istəyən varlı şəxslər bunu ABŞ-də edirlər.

Artıq ABŞ-də surroqat analıq agentlikləri, vəkillər, klinikalar, dayələr və hətta uşaq doğuş xidmətlərindən ibarət bütöv bir sənaye yaranıb.

Çinli kişilər ABŞ-yə səyahət etmək məcburiyyətində qalmırlar, sadəcə genetik materialı göndərib müəyyən müddət sonra 200 000 dollara uşaqlarını alırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]