Yeni general Kəmaləddin Heydərovun xanımının dayısı oğlu imiş -DETALLAR

16-12-2025, 07:14           
Yeni general Kəmaləddin Heydərovun xanımının dayısı oğlu imiş -DETALLAR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib.

Sərəncama əsasən polkovnik Vaqif Tofiq oğlu İbrahimova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.

Oxu24.com-un əldə etdiyimiz məlumata görə,Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın dayısıdır.

Onlar əslən Ağdaş rayonundan olsalar da,sonradan Qəbələ şəhərinə köçüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]