Rusiyada “Trump” brendi ilə alkoqollu içkilərin istehsalı planlaşdırılır

16-12-2025, 00:04           
Rusiyada “Trump” brendi ilə alkoqollu içkilərin istehsalı planlaşdırılır
Rusiyada “Trump” ticarət nişanı altında alkoqollu içkilərin istehsalı gündəmə gəlib. Kaluqa likör-araq zavodu “Kristall” “Trump” adlı ticarət brendinin qeydiyyatı üçün Rospatentə müraciət edib.

Tribuna.az xəbər verir ki, bu barədə Gazeta.Ru kontragentlərin yoxlanılması üzrə Rusprofile xidmətinə istinadən məlumat yayıb.

Müraciət təsdiqlənərsə, şirkət sözügedən ticarət nişanı altında geniş məhsul çeşidi istehsal edə biləcək. Söhbət araq, brendi, likörlər, şərablar, rom, pivə, eləcə də digər alkoqollu və alkoqolsuz içkilərdən gedir.

Qeyd olunur ki, müraciətin təqdim edilməsi avtomatik olaraq qeydiyyatın təsdiqlənməsi demək deyil. Lakin müsbət qərar verildiyi halda, “Trump” brendi Rusiyanın ərazisində kommersiya məqsədləri üçün rəsmi şəkildə istifadə oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]