Azərbaycanlı senator axtarışa verildi - "çirkli pullar"ın yuyulması

16-12-2025, 12:48           
Azərbaycanlı senator axtarışa verildi -
Rusiyada qiyabi axtarışa verilən qalmaqallı sabiq senator və VTB bankının keçmiş vitse-prezidenti Aleksandr Ter-Avanesovun Andrey Kostinin “çirkli pulların” yuyulmasında iştirak etdiyi bildirilir.

Lent.az xəbər verir ki, Kostroma vilayətindən sabiq senator Aleksandr Ter-Avanesov federal axtarışa verilib.

Keçmiş senatora Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə külli miqdarda törədilmiş dələduzluq; on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) üzrə qiyabi ittiham irəli sürülüb.

Ter-Avanesov keçmiş Qondarma “Donetsk Respublikası”nın tikinti nazirinin müavini Yuliya Mervayezova ilə bağlı cinayət işinin fiqurantıdır. Həmin iş Müdafiə Nazirliyinə qarşı dövlət sifarişləri çərçivəsində hərbi obyektlərin tikintisi zamanı ümumi məbləği 4 milyard rubldan çox olan mənimsəmələrlə əlaqəlidir. İş üzrə dəymiş zərər 9 milyard rubldan artıqdır. Mervayezova bu iş üzrə rəhbəri Vadim Vıqyulyarnı ilə birlikdə məsuliyyətə cəlb olunur. O, bu yay xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib.

Aleksandr Ter-Avanesov Azərbaycan əsillidir. O, 2006–2015-ci illərdə Kostroma Vilayət Dumasını təmsil edən Federasiya Şurasının üzvü, 2015–2016-cı illərdə Kostroma Vilayət Dumasının deputatı olub. 2016–2023-cü illərdə isə VTB bankında baş vitse-prezident vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]