Çəhrayı duman xalqı təşvişə saldı, rəsmi açıqlama verildi – FOTO

18-12-2025, 17:14           
Çəhrayı duman xalqı təşvişə saldı, rəsmi açıqlama verildi – FOTO
Çəhrayı duman britaniyalıları heyrətləndirib.

TEREF “Daily Mail”ə istinadən xəbər verir ki, Böyük Britaniya sakinləri səmanı çəhrayı çevirən qeyri-adi atmosfer hadisəsinin şahidi olublar.

Əhali təşvişə düşüb və hadisənin səbəbi ilə maraqlanıblar.

Şahidlər qeyri-adi hava ilə bağlı foto və videoları həvəslə paylaşıblar. Bəzi sosial şəbəkə istifadəçiləri şəkillərin heç bir filtr olmadan çəkildiyini qeyd edərək, mənzərənin “qorxunc” olduğunu qeyd edibləər.

Meteorologiya İdarəsinin məlumatına görə, bu təsir günəş işığı dumanın tərkibindəki kiçik hissəciklərdən – nəm və ya tozdan – keçdikdə baş verir. Nəticədə mavi çalarlar süzülür, qırmızı və çəhrayı çalarlar dominantlıq edir.

Mütəxəssislərin fikrincə, çəhrayı duman olduqca nadir və qısamüddətli hava hadisəsidir./publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]