Unun son topdansatış qiymətləri açıqlandı – Siyahı

19-12-2025, 00:10           
Unun son topdansatış qiymətləri açıqlandı – Siyahı
Azərbaycanda 50 kiloqramlıq un kisəsinin son topdansatış qiymətləri məlum olub.

TEREF Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, siyahıda Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şabran, Xaçmaz və digər bölgələrdə fəaliyyət göstərən ümumilikdə 28 sahibkarlıq subyekti yer alıb.

Belə ki, 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri 26,10 manat – 28,60 manat aralığında dəyişir.

Məlumata görə, ən aşağı qiymət Şabran rayonunda fəaliyyət göstərən “Dəvəçi-Taxıl” MMC-də (26.1 manat), ən yüksək qiymət isə Gəncə şəhərində yerləşən “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də (28.6 manat) qeydə alınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]