İlon Mask 700 milyard dollarlıq sərvətlə tarixi rekorda imza atdı

21-12-2025, 12:14           
İlon Mask 700 milyard dollarlıq sərvətlə tarixi rekorda imza atdı
Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk insan olub.

TEREF xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb. Həmin qərarda iş adamına “Tesla” şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı.

“Forbes”un hesablamasına görə, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord 749 milyard dollara çatıb.

Bundan əvvəl jurnal Maskı sərvəti 600 milyard dolları ötən ilk insan adlandırmışdı. Bu, “SpaceX” şirkətinin səhmlərin alınması üzrə ictimai təklif elan etməsindən sonra baş vermişdi. Həmin prosesdə şirkət 800 milyard dollar dəyərində qiymətləndirilmişdi./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]