Rusiya şəhərində bir gün cəmi 18 dəqiqə davam edib
22-12-2025, 11:17
Dekabrın 21-də Rusiyanın Murmansk vilayətindəki Polyarnıye Zori şəhərində günün uzunluğu cəmi 18 dəqiqə olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Polyarnıye Zoridə cəmi 14 000 nəfər əhali yaşayır. Şəhər 1964-cü ildə Kolski nüvə elektrik stansiyasının ətrafında salınıb. Buradakı iqlim subarktik və soyuqdur.