"ChatGPT" istifadəçinin istəyi ilə öz “şəxsiyyətini” dəyişməyi öyrəndi

22-12-2025, 15:08           
"ChatGPT" istifadəçinin istəyi ilə öz “şəxsiyyətini” dəyişməyi öyrəndi
ChatGPT-də ünsiyyətin ümumi üslubunu və tonunu, eləcə də ayrı-ayrı xüsusiyyətləri daha dəqiq tənzimləməyə imkan verən yeni fərdiləşdirmə funksiyaları istifadəyə verilib.

TEREF xəbər verir ki, bu barədə "The Verge” yazır.

Yeni parametrlər ChatGPT-nin "Ayarlar” bölməsindəki "Fərdiləşdirmə” hissəsində yer alıb. Artıq istifadəçilər aşağıdakı imkanlara malikdirlər:

• ünsiyyətin əsas üslub və tonunu seçmək – peşəkar və dostyana tərzdən tutmuş ironik, kreativ, maksimal dərəcədə effektiv, açıq və hətta kinayəli üsluba qədər;
• cavabların istilik və emosional səviyyəsi kimi ayrıca xarakter xüsusiyyətlərini əl ilə tənzimləmək;
• ChatGPT-dən siyahılardan və emojilərdən daha az istifadə etməsini xahiş etmək – yaxud əksinə, onları daha tez-tez işlətməsini istəmək.

Bundan əlavə, yeniləmə ilə ChatGPT-də istənilən çatları sabitləmək (pinləmək) mümkündür – onlar ümumi çat siyahısında qalacaq, lakin ən yuxarıda göstəriləcək.

Bir neçə gün əvvəl isə ChatGPT özünün "tətbiqlər mağazasını” işə salıb. Buraya Spotify, Photoshop və digər xidmətlər daxildir. Onları bağladıqdan sonra istənilən servisdən birbaşa dialoq formatında istifadə etmək mümkündür.

Mövcud statistikaya görə, ChatGPT dünya üzrə çat-bot bazarının 80 faizindən çoxuna sahibdir. Ən yaxın rəqiblər – Perplexity və Microsoft Copilot – ümumi istifadəçilərin təxminən 15 faizini əhatə edir.

©Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]