İşlənmiş avtomobillərin satışı üçün xüsusi mərkəzlər yaradılacaq

23-12-2025, 00:12           
İşlənmiş avtomobillərin satışı üçün xüsusi mərkəzlər yaradılacaq
İşlənmiş avtomobillərin satışı üçün xüsusi mərkəzlər yaradılacaq
Rusiyada işlənmiş avtomobillərin satışı üzrə yeni format tətbiq olunur.

“İzvestiya” nəşrinin yazdığına görə, ölkədə işlənmiş avtomobillərin satış mərkəzləri açılacaq və bu mərkəzlərdə nəqliyyat vasitələri 40 faizə qədər endirimlə təklif olunacaq.

Məlumata əsasən, mərkəzlər ilk mərhələdə Moskva, Sankt-Peterburq və digər iri meqapolislərdə fəaliyyət göstərəcək. Burada əsasən kommersiya parklarından, taksi xidmətlərindən və çatdırılma servislərindən geri alınmış minik və yük avtomobilləri satışa çıxarılacaq.

Lizinqlə məşğul olan şirkətlərin nümayəndələri bildiriblər ki, endirimlərin həcmi avtomobilin satışda qalma müddətindən və texniki növündən asılı olacaq. Bazarda fəaliyyət göstərən iştirakçıların sözlərinə görə, geri alınmış texnika adətən iri dayanacaqlarda və texniki xidmət mərkəzlərində (STO) cəmləşdirilir. Bu isə avtomobillərin nümayişini və satışdan öncə hazırlanmasını daha asan edir.\\Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]