Axtarışda olanlardan biri Premyer Liqa klubunun prezidentidir – FOTO

24-12-2025, 00:15           
Axtarışda olanlardan biri Premyer Liqa klubunun prezidentidir – FOTO
Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

TEREF Teleqraf-a istinadla xəbər verir ki, “RR Caspi” rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən “Araz-Naxçıvan”ın prezidentidir.

Ramin Axundov eyni zamanda, bu işdə adı keçən “Səmayə Co”, “Səmayə Logistic” şirkətlərinim rəhbəri, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]