II Qareginin qardaşı “KQB” agenti olub

21-03-2026, 00:11           
II Qareginin qardaşı “KQB” agenti olub
Ktriç Nersisyanın (Katolikos II Qaregini nəzərdə tutur – red.) qardaşı Yezras Nersisyan SSRİ “KQB”sinin agenti idi və bu fakt artıq məlumdur.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan martın 20-də jurnalistlərlə söhbətində Baş nazir Nikol Paşinyanın katolikosların və digər ruhanilərin üçüncü ölkələrdəki kəşfiyyat şəbəkələri ilə əlaqələri barədə iddialarının əsaslılığını şərh edərkən bildirib.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, arxiyepiskop Yezras Nersisyan SSRİ dağılandan sonra da xarici kəşfiyyat xidmətlərinin nümayəndələri ilə əlaqə saxlayıb ki, bu da Ermənistan Respublikasının təhlükəsizliyinə və maraqlarına təhdid yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru