"Amazon" çatdırılma robotları istehsal edən startapı satın aldı

24-03-2026, 16:44           
"Amazon" çatdırılma robotları istehsal edən startapı satın aldı
Dünyanın ən böyük e-ticarət şirkətlərindən biri olan "Amazon" İsveçrə mərkəzli robot texnologiyaları startapı "Rivr"ı satın aldığını açıqlayıb.

Valyuta.az xəbər verir ki, satınalma müqaviləsinin maliyyə dəyəri açıqlanmayıb.

2023-cü ildə yaradılan "Rivr" əsasən “son kilometr” adlanan çatdırılma mərhələsinə fokuslanır. Şirkətin hazırladığı robotlar ənənəvi təkərli modellərdən fərqli olaraq dörd ayaqlı və təkər dəstəklı hibrid dizayna malikdir. Bu isə onların pilləkənlərdə, dar girişlərdə və mürəkkəb şəhər mühitində rahat hərəkət etməsinə imkan yaradır.

Şirkət həmçinin anbar robotları və avtonom nəqliyyat sistemləri də daxil olmaqla geniş avtomatlaşdırma həlləri üzərində çalışır. "Rivr"ın təsisçisi və baş icraçı direktoru Marko Bjelonic bu robotları daha əvvəl “rolikli it” kimi xarakterizə edərək onların çevikliyini vurğulayıb.

Qeyd edək ki, logistika zəncirinin ən çətin və bahalı mərhələlərindən biri olan qapıya qədər çatdırılma prosesi hələ də əsasən insan əməyinə əsaslanır. "Rivr"ın texnologiyası isə bu mərhələdə insanları tam əvəz etməyi deyil, onların işini dəstəkləyərək səmərəliliyi artırmağı hədəfləyir.

Satınalmadan əvvəl startap ABŞ-da fəaliyyət göstərən çatdırılma şirkəti Veho ilə pilot layihə həyata keçirərək robotlarını real sifarişlər üzərində test edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru