Koalisiya qüvvələri İsfahan əyalətindəki Mobarakeh Steel zavoduna zərbələr endirib

28-03-2026, 08:37           
Koalisiya qüvvələri İsfahan əyalətindəki Mobarakeh Steel zavoduna zərbələr endirib
İranın Tasnim İA, qəzeti axşam saatlarında koalisiya qüvvələrinin İsfahan əyalətindəki Mobarakeh Steel zavoduna kütləvi hücumu barədə məlumat verib. Dağıntı, yanğın çoxdur
Mobarakeh Steel yalnız sıradan bir müəssisə deyil dəx bütün Yaxın Şərqin ən böyük polad istehsalı nəhəngidir. Həmin zavod İranın ixrac gəlirlərinin əhəmiyyətli bir hissəsini təşkil edir, lakin onun əsas faydalananı terror təşkilatı elan edilmiş SEPAH-ın iqtisadi strukturlarıdır.
Məhz zavodun SEPAH maliyyə imperiyasına dərin inteqrasiyası onu sırf mülki bir obyekt statusundan məhrum edib və qanuni strateji hədəfə çevirib. SEPAH İran'da dövlət içində dövlətdir, öz hərbisi, iqtisadiyyatı, maliyyəsilə.
Sadəcə heyf, İran xalqına qalacaq sənaye və sair infrastrukturların bu cur dağıdılmasına. İran rejimi hakimiyyətdən inadla əl çəkmədiyi hər gün, özünün də ölkənin də dağılması və hətta parçalanma ehtimalını yaradır. Yəni bu müdhiş gedişat İranın parçalanmasını gətirər.
Çünki, hər keçən gün zərbələr və neft ixracatı qapanması iqtisadi zəifliyindən, ölkə idarəçilik mərkəzi zəifləyir çökür. Və mərrkəzdənqaçma, hakimiyyətin parçalanması prosesi gedir. Belə halda mərkəzdəki parçalanma əyalətlərə həm də etnik bölgələrə sirayət edə bilir. Xüsusilə də, quru qoşunlar hücumunda, ərəblər və həm də Pakistan və sair adını çəkmədiyimlər koalisiya birliyinə qoşulsa, onların İrandakı etnik çoxluğ təşkil edən milli soydaşları olan bölgələr də həmin parçalanmanın kökündə dayana bilər. Buna da səbəb, Rejimin hakimiyyət inadıdır.
Tezliklə bu müharibənin bitməsi lazımdır, İran xalqının rejimdən azad olması ilə. Və bölgədə ölkələrin, xalqların sabitlik, sülh, əməkdaşlığı.
Ilqar Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru