İran İordaniyada F-35-lərin yerləşdiyi bazanı VURDU

30-03-2026, 09:44           
İran İordaniyada F-35-lərin yerləşdiyi bazanı VURDU
İran hərbçiləri bazar günü ABŞ qoşunlarının yerləşdiyi İordaniyadakı “Muvaffaq Salti” aviabazasına zərbə endirdiklərini elan ediblər.

TEREF xəbər verir ki, hücumun pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyi, əsas hədəflərin isə hərbi texnika və kazarmalar olduğu bildirilir.

İran ordusunun bəyanatında qeyd olunub ki, həmin baza İrana qarşı hava hücumları üçün mühüm platsdarm hesab olunur.

Belə ki, burada ABŞ-a məxsus çoxsaylı döyüş təyyarələri, o cümlədən F-35A, F-15E, F-16 və A-10 eskadronları yerləşdirilib.

Eyni zamanda məlum olub ki, bazar günü İranın ballistik raket zərbələrindən sonra İsrailin Beer-Şeva şəhərindən cənubda yerləşən Neot-Hovav sənaye zonasında güclü yanğın baş verib.

İsrailin fövqəladə hallar xidməti hadisə nəticəsində pestisid sızmasının baş verdiyini təsdiqləyib.

Xəsarət alanlar barədə məlumat verilmir. Hücuma məruz qalan müəssisənin və qonşu zavodların işçiləri təxliyə edilib.

Sakinlərə əraziyə yaxınlaşmamaq, evdə qalmaq və pəncərələri bağlı saxlamaq barədə xəbərdarlıq edilib. “Al Jazeera” isə öz növbəsində hədəf alınan obyektin kimya sənayesi müəssisəsi olduğunu vurğulayıb./musavat.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru