Azərbycanda bu anbarında suyun səviyyəsi kritik həddə çatdı – FOTO

30-03-2026, 15:44           
Azərbycanda bu anbarında suyun səviyyəsi kritik həddə çatdı – FOTO
Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.

Referans Media APA-ya istinadən xəbər verir ki, son günlər respublikanın ərazisində aramsız yağan yağışlarla bağlı Pirsaat çayında bol sululuq səbəbindən Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.

Anbara daxil olan syun miqdarı saniyədə 2 kub metrdən 20 kub metrə qədər artıb. Nəticədə böyük su axınını özündə saxlaya bilməyən su anbarından su axının həcmi və suyun maksimal sürəti rayonun Bakı-Qazax magistralının sol tərəfində yerləşən Rəncbər və Qubalı-Baloğlan kəndlərinin bəzi yerlərində su kanallarının məcrasından çıxmasına səbəb olub.

Hazırda Hacıqabul İcra hakimiyyəti və müvafiq qurumlar tərəfindən kanalətrafı ərazilərdə qabaqlayıcı tədbirlər görülməsi üçün texnika və canlı qüvvə səfərbər olunub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru