Qubernatorun sabiq müavini qorxusundan rüşvət aldığını bildirib

1-04-2026, 17:24           
Qubernatorun sabiq müavini qorxusundan rüşvət aldığını bildirib
Kursk vilayəti qubernatorunun rüşvət almaqda ittiham olunan keçmiş müavini Aleksey Dedov məhkəmədə verdiyi ifadəsində pulları rəhbərliyin təzyiqi altında aldığını etiraf edib.

TASS xəbər verir ki, sabiq məmur rüşvəti xidməti asılılıq səbəbindən və yuxarı rəhbərliyin tapşırığı ilə aldığını bildirib.

Dedov ifadəsində imtina edəcəyi təqdirdə real və ciddi fəsadlarla üzləşəcəyindən qorxduğunu vurğulayıb.

O qeyd edib ki, əldə etdiyi vəsaiti həmin vaxt bölgə qubernatoru vəzifəsini icra edən Aleksey Smirnova ötürməli imiş. İttiham tərəfi Dedov üçün 19 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbs və 500 milyon rubl məbləğində cərimə cəzası istəyib.

Qeyd edək ki, keçmiş qubernator Smirnov ötən ilin sentyabrında istehkam qurğularının tikintisi üçün müqavilə bağlanan müəssisə sahiblərindən milyonlarla rubl məbləğində "otkat" aldığını etiraf etmişdi. Cəmi səkkiz ay qubernator postunda olmasına baxmayaraq, onun təxminən 30 milyon rubl rüşvət aldığı bildirilir. Smirnov həmçinin müavini Dedovun əleyhinə də ifadə verərək onun da rüşvət aldığını iddia edib. Ümumilikdə bu iş üzrə 11 nəfər ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru