Ölkədə 8 kişi anaları tərəfindən zorakılığa məruz qalıb - STATİSTİKA

9-04-2026, 00:03           
Ölkədə 8 kişi anaları tərəfindən zorakılığa məruz qalıb - STATİSTİKA
Mart ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı edilən müraciətlərin sayı açıqlanıb.

TEREF xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, 2026-cı ilin mart ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 38 müraciət daxil olub:

"Müraciət edənlərin 8-i kişi, 29-u qadın, 1-i isə uşaq olub. Kişi müraciətləri ilə bağlı qeyd etmək istərdik ki, daxil olan 8 müraciətin hər biri uşaqların anaları tərəfindən psixoloji və iqtisadi zorakılığa məruz qalma halları ilə bağlıdır.


Bu müraciətlərin heç biri fiziki zorakılıqla əlaqəli olmayıb; əsasən uşaqlarla bağlı ünsiyyət problemləri və digər məsələləri əhatə edib. Komitəyə kişilər tərəfindən fiziki zorakılıqla bağlı müraciət daxil olmayıb.


Ümumilikdə, daxil olan 38 müraciətin 34-ü fiziki, 2-si psixoloji, 2-si isə iqtisadi zorakılıq halları ilə bağlı olub. Mart ayı ərzində Dövlət Komitəsinə cinsi zorakılıqla bağlı müraciət daxil olmayıb".

O qeyd edib ki, bütün müraciətlər nəzarətə götürülüb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yönləndirilib. (Trend.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru