Rza Pəhləvi “Instagram”da Tramp və Netanyahunu izləmədən çıxarıb

9-04-2026, 09:24           
Rza Pəhləvi “Instagram”da Tramp və Netanyahunu izləmədən çıxarıb
İranın son şahının oğlu Rza Pəhləvi Tehranla atəşkəsin elan edilməsindən sonra “Instagram”da ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunu izləmədən çıxarıb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz “Telegram” kanalında məlumat yayıb.

“Əlahəzrət sultan qəzəblənib və sosial şəbəkələrdə Tramp və Netanyahunu izləmədən çıxarıb”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, keçmiş vəliəhd şahzadə öz həmvətənlərini küçələrə çıxmağa və tətillər təşkil etməyə çağırırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru