Vüqar Hüseynov vəzifəsindən gedir? - İDDİA

13-04-2026, 10:58           
Vüqar Hüseynov vəzifəsindən gedir? - İDDİA
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov vəzifədən gedir.

TEREF Mia.az-a istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov mayın 1-də tutduğu vəzifədən azad ediləcək.

Məlumata görə, o, hazırda məzuniyyətdədir: "Mayın 1-də məzuniyyət müddəti bitir və həmin günü də vəzifədən azad edilməsi barədə əmri rəsmiləşəcək".

Xəbərdə onun başqa bir quruma vəzifəyə gedəcəyi də bildirilib.

Xəbəri yayan sayt bildirib ki, "Yeni təyinatı haqqında informasiyamız var və həmin qurumdakı vəzifəsinin adını tam dəqiqləşdirdikdən sonra yazacağıq.

KTN-nin yeni sözçüsünün kim olacağına gəlincə, bu barədə ayrıca xəbərimiz olacaq.

Sayt Vüqar Hüseynovun özündən münasibət öyrənməyə cəhd edib. Bildirilib ki, O, Feysbuk və Votsap-dan yazılan sualı oxusa da, cavab verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru