Nərgiz Məhəmmədinin vəziyyəti kritikdir - Ailəsindən həyəcan təbili

Dünən, 10:08           
Nərgiz Məhəmmədinin vəziyyəti kritikdir - Ailəsindən həyəcan təbili
İranda həbsdə saxlanılan Güney azərbaycanlı hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi ürək tutmasından sonra ağır vəziyyətdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədi Fondunun yaydığı məlumatda deyilir.

Bildirilib ki, onun ailə üzvləri və vəkilləri son bir ay ərzində iki dəfə Zəncan həbsxanasında görüş keçiriblər və səhhətinin ciddi şəkildə pisləşdiyini müşahidə ediblər.

Qeyd edilib ki, o, zəif düşüb, solğun görünür və xeyli çəki itirib.

Məlumata görə, Məhəmmədi martın 24-də həbsxanada ürək tutması keçirib. O, hadisədən sonra bir saatdan çox huşsuz vəziyyətdə qalıb və bu müddətdə ona lazımi tibbi yardım göstərilməyib.

Onun qardaşı Həmidrza Məhəmmədi bildirib ki, hadisədən sonra müayinə aparan kardioloq ürək tutmasının qismən həbsxana həkimlərinin təyin etdiyi dərmanlarla bağlı ola biləcəyini deyib.

Eyni zamanda, ailə üzvləri Məhəmmədinin ağır cinayətlərdə ittiham olunan şəxslərlə eyni kamerada saxlanıldığını və dəfələrlə təhdidlərə məruz qaldığını bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru