ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır

17-04-2026, 07:34           
ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.

Oxu.Az xəbər verir ki, hərrac platformasında müxtəlif kateqoriyalar üzrə mallar, o cümlədən nəqliyyat vasitələri, mebellər və elektron avadanlıqlar təklif olunur.

Səfirliyin rəsmi məlumatına görə, Bakı üzrə növbəti hərrac sessiyası 20 aprel 2026-cı il, saat 10:00-da başlayacaq və 22 aprel 2026-cı il, saat 12:00-da başa çatacaq.

Hərracda iştirak edənlər aşağıdakı kateqoriyalarda məhsullar üçün qiymət təklifi verə bilərlər:

- Nəqliyyat vasitələri: İstifadə olunmuş xidməti avtomobillər.

- Məişət avadanlıqları: Soyuducular, paltaryuyan maşınlar və s.

- İT və texnika: Kompüterlər, monitorlar və telekommunikasiya cihazları.

- Mebel: Ofis və ev üçün müxtəlif mebel dəstləri.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru