Toya hazırlaşırdı: yoxlanıldı, işdən çıxarıldı – Toy təxirə salınır?

17-04-2026, 11:24           
Toya hazırlaşırdı: yoxlanıldı, işdən çıxarıldı –
Xəbər verdiyimiz kimi, Speys TV-də (Space TV) başlayan yoxlama kanalın baş direktoru, keçmiş KVN-çi Vado Korovinin vəzifədən uzaqlaşdırılması ilə davam etdi.

TEREF xəbər verir ki, V.Korovinin baş direktorluqdan uzaqlaşdırılması hələ son deyil.

Kanal əməkdaşlarının ötən ayın maaşını almadığı bildirilir. Gərginlik isə kanalda maliyyə çətinlikləri ilə bağlıdır.

Bu gün yayılan növbəti iddiada isə Speys TV-nin ümumiyyətlə bağlanacağı bildirilir. Yayılan məlumata görə, təsisçi kanalın fəaliyyətini dayandırmasına qərar verib.

Maraqlıdır ki, bütün bu proseslər Vado Korovinin ailəsində xoş gün ərəfəsində baş verir. Belə ki, 10 aprel tarixində mediada yayılan məlumatda Korovinin qızının toyuna hazırlaşdığı bildirilmişdi. Qeyd edilirdi ki, Korovinin qızı Zarinanın Əli adlı bəylə toy məclisi aprelin 18-də keçiriləcək.

Baş verənlərin toy mərasiminə təsir edib-etmədiyi haqda məlumat yoxdur./Bakupost.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru