Netanyahu bu ölkəyə girdiyi anda həbs olunacaq

Bu gün, 12:44           
Netanyahu bu ölkəyə girdiyi anda həbs olunacaq
Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn “Tisza” Partiyasının lideri Peter Magyar bildirib ki, ölkəsi beynəlxalq hüquqi öhdəliklərinə sadiq qalacaq.

TEREF xəbər verir ki, “Anadolu ajansı” məlumat yayıb. Magyarın sözlərinə görə, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsi (BCM) üzvü olaraq qalmağı planlaşdırır və bu status ölkəyə müəyyən hüquqi məsuliyyətlər yükləyir.

O qeyd edib ki, BCM tərəfindən barəsində həbs qərarı çıxarılmış şəxs üzv dövlətin ərazisinə daxil olarsa, həmin şəxs dərhal saxlanılmalıdır.

Bu kontekstdə o vurğulayıb ki, əgər İsrailin Baş naziri Benyamin Netanyahu Macarıstana səfər edərsə və onun barəsində BCM tərəfindən həbs orderi qüvvədə olarsa, Budapeşt beynəlxalq öhdəliklərinə uyğun şəkildə hərəkət etməyə borcludur.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru