Kameralardan yayınmaq üçün "çətir hiyləsi" — Sürücülərin yeni hiyləsi
Bu gün, 12:53
Qazaxıstanda bəzi sürücülərin yol hərəkəti qaydalarından yayınmaq üçün yeni üsula əl atdığı bildirilir.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərdə istifadə üçün nəzərdə tutulan “telefon çətirləri”nin fərqli məqsədlə tətbiq edildiyi müşahidə olunub.
Məlumata görə, ilkin olaraq günəş şüalarından qorunmaq və telefonun qızmasının qarşısını almaq üçün nəzərdə tutulan bu aksesuar indi bəzi sürücülər tərəfindən sükan arxasında mobil telefondan istifadəni gizlətmək məqsədilə istifadə edilir.
Paylaşılan videolarda sürücülərə “çətiri quraşdır, telefondan rahat istifadə et – kameralar görməyəcək” kimi çağırışların edildiyi də diqqət çəkir. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd olunur ki, martın 12-dən etibarən Qazaxıstanda yol kameraları sükan arxasında telefondan istifadəni və təhlükəsizlik kəmərinin taxılmamasını avtomatik şəkildə qeydə almağa başlayıb. Yeni nəzarət sistemi bəzi sürücülərin cərimələrdən yayınmaq üçün alternativ yollar axtarmasına gətirib çıxarıb.