İllərdi zərərli olduğu deyilirdi — İmmunoloq xərçəngdən qoruduğunu bildirir
Bu gün, 11:45

İmmunoloqlar və oftalmoloqlar adətən ayaqüstü qəlyanaltı kimi qəbul edilən sendviçlərin heç də həmişə zərərli olmadığını, bəzi növlərinin orqanizm üçün həyati əhəmiyyət daşıdığını aşkar ediblər. Xüsusilə mal ətindən hazırlanan "rostbif" sendviçlərinin tərkibindəki maddələr insan sağlamlığı üçün gözlənilməz qalxan rolunu oynayır.
Demokrat.az xəbər verir ki, immunoloq Andrey Prodeus və oftalmoloq Mixail Konovalov rostbif sendviçinin xərçəng xəstəliyinə qarşı qoruyucu xüsusiyyətlərə malik olduğunu açıqlayıblar.
Həkimlər bildirib ki, bu qidanın əsas sirri onun tərkibindəki yüksək protein və dəmir miqdarındadır. Andrey Prodeus vurğulayıb ki, immun sisteminin hüceyrələri infeksiyalarla və xərçəng hüceyrələri ilə mübarizə aparmaq üçün kifayət qədər zülal və sitokinlərə ehtiyac duyur. Dəmir isə bu hüceyrələrin aktivləşməsində və orqanizmin müdafiə gücünün artmasında əsas hərəkətverici qüvvədir.
Məlumata görə, sendviçin çörək hissəsi də orqanizm üçün enerji mənbəyidir. Mixail Konovalov qeyd edib ki, çörəkdən əldə olunan karbohidratlar, xüsusən də qlükoza beyin fəaliyyətinin normal işləməsi üçün vacibdir. Beləliklə, doğru inqrediyentlərlə hazırlanan sendviç həm immun sistemini gücləndirir, həm də zehni fəaliyyəti dəstəkləyir.
Yəni, mütəxəssislər deyirlər ki, tərkibində keyfiyyətli mal əti olan sendviç yemək bədənin xərçənglə mübarizə aparan hüceyrələrini qidalandırır və beyinə enerji verir.

