“WhatsApp“ və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu

27-04-2026, 08:24           
“WhatsApp“ və ChatGPT-ni geridə qoydu:
İlon Maskın X sosial şəbəkəsi mesajlaşma üçün ayrıca tətbiq – "XChat"ı ictimai istifadəyə açıb. Yeni messencer artıq "iPhone" istifadəçiləri üçün əlçatandır və "WhatsApp", "Telegram" və digər platformalara birbaşa rəqib kimi təqdim olunur.

AzFakt.com Valyuta.az-a istinadən xəbər verir ki, tətbiqin təsvirinə görə, burada bitkoin protokoluna bənzər E2E şifrələmə, hər iki tərəf üçün yazışmaların silinməsi və ekran görüntüsü və ekran yazısının qadağan edilməsi kimi funksiyalar var. Həmçinin reklamların olmadığı vurğulanır.

"XChat"a giriş yalnız X hesabı vasitəsilə mümkündür. Yəni tətbiqdən istifadə etmək üçün təkcə messenceri yükləmək kifayət etmir, həm də Maskın sosial şəbəkəsində qeydiyyat tələb olunur.

Xatırladaq ki, messencerin təqdimatı barədə ilk məlumat 2025-ci ilin iyununda yayılmışdı. O vaxtdan bəri xidmət test rejimində bəzi istifadəçilər üçün açıq idi. Hazırda "XChat" yalnız "iPhone" üçün mövcuddur, Android versiyasının isə daha sonra çıxacağı gözlənilir.

Media yazır ki, "XChat" sürətlə populyarlıq qazanır: tətbiq "App Store"da iki kateqoriyada – pulsuz tətbiqlər və sosial şəbəkələr bölməsində – birinci yerə yüksəlib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru