Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
Bu gün, 16:44
Bakıda ictimai nəqliyyatda xarici emissiyalı bank kartları vasitəsilə NFC texnologiyası əsasında təmassız ödəniş imkanı yaradılıb.
Bu barədə Valyuta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.
Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən başlanılıb. NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.