İdarə müdiri iclasa gecikdi – Müşavir tərəfindən qapı arxasında saxlanıldı
7-05-2026, 16:09
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı iclasa gecikdiyinə görə cəzalandırılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində idarə rəislərinin iştirakı ilə iclas keçirilib. Nazirin yeni müşaviri Mahmud Məmmədəliyev rəhbərliyi ilə keçirilən iclasda maraqlı hadisə yaşanıb.
AzFakt.com-un əldə etdiyi məlumata görə 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı iclasa gecikdiyi üçün cəzalandırılıb. Belə ki, AAYDA sədrinin müşaviri Mahmud Məmmədəliyev Nazim Eynallını iclasa buraxmayaraq, qapı arxasında saxladıb.
Bildirək ki, Mahmud Məmmədəliyev ötən ay AAYDA sədrinin müşavir təyin edilib.